Küləyin sürəti saniyədə 40 metrə çatacaq » Memur.az

Küləyin sürəti saniyədə 40 metrə çatacaq

Küləyin sürəti saniyədə 40 metrə çatacaq



















Yanvarın 17-də Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq Xəzər dənizinin akvatoriyasında şiddətli şimal küləyi əsəcək:

“Küləyin maksimal sürətinin saniyədə 35-40 metrə qədər olması proqnozlaşdırılır. Dənizdə dalğanın hündürlüyü 6-8 metr və daha çox ola bilər. Bu da ifrat təhlükəli hidrometroloji hadisə kimi qiymətləndirilir. Bununla bağlı bütün əlaqədar təşkilatlara, qurumlara xəbərdarlıq göndərilib.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb. Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı müvafiq təşkilatlara tövsiyə verilib”.

Umayra Tağıyeva bildirib ki, şiddətli külək Bakıda və Abşeron yarımadasında da gözlənilir: