Sabah axşamdan hava pisləşəcək » Memur.az

Sabah axşamdan hava pisləşəcək

Sabah axşamdan hava pisləşəcək

Qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir



Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman, çiskinli olacağı, lakin axşam qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15, gündüz 23-2, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti gözlənilir.



A. Verdiyev deyib ki, mayın 5-dən başlayaraq havanın qeyri sabit keçəcəyi, Bakıda güclü külək əsəcəyi, yağış yağacağı gözlənilir.