Avropaya saxta pasportla keçmək istəyən pakistanlılar saxlanılıb » Memur.az

Avropaya saxta pasportla keçmək istəyən pakistanlılar saxlanılıb

Avropaya saxta pasportla keçmək istəyən pakistanlılar saxlanılıbBelorus sərhədçiləri azarkeş pasportu ilə Avropaya keçmək istəyən üç pakistanlını saxlayıb.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, əvvəlcə onlar guya Rusiyaya dünya çempionatına azarkeşlik etmək üçün gəliblər.

Daha sonra Minsk şəhərinə gedərək Almaniyaya keçmək istəyiblər. Sərhədçilər Pakistan vətəndaşlarının pasportunda saxtakarlıq aşkar edib.

Hazırda pakistanlılar Belorus Sərhəd Xidmətinin təcridxanasındadırlar. Hər üç şəxsi yüksək məbləğdə cərimə və Belurusa beş il müddətində giriş qadağası gözləyir.

Memur.az