Təhsil Nazirliyinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM » Memur.az

Təhsil Nazirliyinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM

Təhsil Nazirliyinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisinin davam etdirilməsi məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.


Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.