Bakının bir neçə rayon və qəsəbəsi qazsız qalacaq » Memur.az

Bakının bir neçə rayon və qəsəbəsi qazsız qalacaq

Bakının bir neçə rayon və qəsəbəsi qazsız qalacaq

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar saat 9:00-dan işlər başa çatanadək Xəzər rayonunun Mərdəkan, Türkan və Şüvəlan qəsəbələrinin, Sabunçu rayonunun Bül-Bülə, Bilgəh, Maştağa qəsəbələrinin, eləcə də Ramanı südçülük sovxozu və Subtropik sovxozunun, Binəqədi rayonunun Motodrom adlanan yaşayış massivinə və Biləcəri qəsəbəsinin, Nərimanov rayonunun Atatürk prospektinin, Xətai rayonunun Mehmandarov, Şıxlınski, M.Rüstəmov və Telnov küçələrinin bir hissəsinə, həmçinin Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.