Dünyanın ən bahalı brendi açıqlandı » Memur.az

Dünyanın ən bahalı brendi açıqlandı

Dünyanın ən bahalı brendi açıqlandıABŞ-ın “Forbes” jurnalı dünyanın 100 ən bahalı brendindən ibarət növbəti reytinqi tərtib edib


“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, reytinqdə “Apple” korporasiyası birinci olub.

Jurnal 8 il ardıcıl olaraq liderliyi əldən verməyən “Apple” brendini 182,8 milyard dollar dəyərində qiymətləndirib ki, bu da ötən illə müqayisədə 8% yüksəkdir.

“Google” korporasiyası üçüncü il ardıcıl olaraq reytinqdə ikinci yeri tutub. Bu dəfə internet nəhənginin brendi 132,1 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da illik müqayisədə 30% artım deməkdir.

Reytinqin üçüncü pilləsində qərarlaşmış “Microsoft” korporasiyasının brendi 104,9 milyard dollar dəyərində qiymətləndirilib.

İlk beşlikdə, həmçinin “Facebook” və “Amazon” şirkətləri yer alıblar.

Dünyanın 100 ən bahalı brendinin ümumi dəyəri bir ildə 10 % yüksələrək 2,15 trilyon dollar təşkil edib.

Memur.az