Məhkəmədən Trampa “Twitter” qadağası » Memur.az

Məhkəmədən Trampa “Twitter” qadağası

Məhkəmədən Trampa “Twitter” qadağasıABŞ-da Manhetten federal məhkəməsi Donald Trampın öz “Twitter” hesabında ona qarşı neqativ şərhlər yazan istifadəçilərə blok qoymasını qadağan edib.

Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məhkəmə eyni zamanda Trampın üzərinə bundan əvvəl blokladığı istifadəçiləri “qara siyahıdan” çıxarması ilə bağlı öhdəlik qoyub.

Qərara əsasən Ağ Ev rəhbəri istifadəçiləri bloklamaqla ABŞ konstitusiyasının birinci düzəlişinin söz azadlığı barədə tələblərini pozmuş olub.

Trampın bu hərəkətindən məhkəməyə yeddi amerikalı şikayət edib.

ABŞ ədliyyə nazirliyi federal məhkəmənin çıxardığı qərarla razılaşmadığını bildirib.

Memur.az