İrandan Vaşinqtona sərt xəbərdarlıq » Memur.az

İrandan Vaşinqtona sərt xəbərdarlıq

İrandan Vaşinqtona sərt xəbərdarlıqVaşinqton nüvə sazişindən çıxacağı təqdirdə, İran qalmaqallı uran zənginləşdirmə proqramını bərpa edə bilər.

Oxu.Az xəbər verir ki, İranın Atom Enerji Agentliyinin rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi “Al Alam” telekanalına verdiyi müsahibədə buna eyham vurub.

“ABŞ prezidenti Tramp sazişi tərk edərsə, İran 48 saat ərzində uranın 20 faiz səviyyəsində zənginləşdirilməsinə başlaya bilər” deyə rəsmi bildirib.

Kamalvəndinin sözlərinə görə, Trampın Vyanada “5+1”qrupu ilə Tehran arasında bağlanmış tarixi nüvə sazişindən “çıxmağa cəsarəti çatmaz”.

Xatırladaq ki, 13 oktyabr 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni, daha sərt strategiya ortaya qoyub.

Ağ Ev rəhbəri İran tərəfinin saziş üzrə öhdəliklərini yerinə yetirdiyini təsdiq etməkdən imtina edib və Obamanın hakimiyyəti dövründə bağlanmış sənədə düzəlişlərə nail olmağa çalışacağını deyib.

Trampın sözlərinə görə əks təqdirdə, ABŞ birtərəfli olaraq nüvə sazişindən çıxacaq.

Memur.az