Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM » Memur.az

Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM

Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həll edilməsi ilə bağlı tapşırıq verilib.