“Apple” kiçik noutbuklar istehsal edəcək » Memur.az

“Apple” kiçik noutbuklar istehsal edəcək

“Apple” kiçik noutbuklar istehsal edəcəkBu il “Apple” şirkəti kiçik noutbukların istehsalına başlayacaq. Bu barədə ictimaiyyətə “General Interface Solutions” şirkəti məlumat verib.

FaktXəbər-in verdiyi məlumata görə, bu şirkət 2017-ci ilin sonundan “MacBook” üçün aksessuarlar istehsal edir. Hazırda şirkət yeni, 12 düymlük, sərfəli “MacBook” üçün maye kristal ekranların sifarişini alıb.

Qeyd edək ki, yeni noutbuklar 2018-ci ilin ikinci yarısında bazara çıxarılacaq. “MacBook Air”in hazırkı dəyərinin 1200 ABŞ dolları olduğundan, “MacBook”ın dəyəri bu məbləği ötməyəcək.

Memur.az