Azərbaycan jurnalistləri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər » Memur.az

Azərbaycan jurnalistləri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər

Azərbaycan jurnalistləri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər


Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.

Memur.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan jurnalistləri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

Təbrikdə deyilir: "Cənab Prezident! Biz sizin ad gününüzü təbrik edirik. Sizin dostunuz və köməkçiniz olduğumuz üçün qürur duyuruq. Arzu edirik ki, gərgin əməyiniz və qətiyyətiniz nəticəsində bu gün Cocuq Mərcanlıda dalğalanan üç rəngli bayrağımız ən qısa zamanda Şuşada, Xankəndində, Kəlbəcərdə və bu müqəddəs bayrağın həsrətində olan digər tarixi torpaqlarımızda dalğalansın. Siz ölkəmizdə media azadlığının ən böyük təminatçısınız. Bu şərəfli, çətin və məsuliyyətli həyat yolunda sizə uğurlar arzu edirik. Azərbaycan mediası sizinlədir".