XARİCDƏN MALİYYƏLŞƏN PILOT LAHIYYƏ-NƏSIMİ RAYONUNDA 3 MILYON AVRONU KİMLƏR ÖZ ARALARINDA BÖIDÜ? » Memur.az

XARİCDƏN MALİYYƏLŞƏN PILOT LAHIYYƏ-NƏSIMİ RAYONUNDA 3 MILYON AVRONU KİMLƏR ÖZ ARALARINDA BÖIDÜ?

XARİCDƏN MALİYYƏLŞƏN PILOT LAHIYYƏ-NƏSIMİ RAYONUNDA 3 MILYON AVRONU KİMLƏR ÖZ ARALARINDA BÖIDÜ?



VƏTƏNDAŞLARIN BAŞINDA SINAN ÇANAQ HƏMDƏ ÖLKƏNIN BEYNƏLXALQ İMİCİNƏ ZƏRBƏ VURUR.


Bakının daha bir rayonunda “yaşayış üçün yararsız” köhnə binaların sökülərək yerində yeni çoxmərtəbəli bina inşa edilməsinə yönəlmiş “pilot layihə” ətrafında qalmaqal baş verir.
Bu dəfə Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 80 ünvanında yerləşən beşmərtəbəli binaları içərisində yaşayış ola-ola, sakinlərin hamısı köçürülmədən sökməyə başlayıblar. Söküntünü isə “Fədək” MMC adlı adı indiyədək heç yerdə eşidilməyən şirkət aparır.
Söküntüsü başlayan binada cəmi 102 mənzil var, lakin sakinlərdən 10-u şirkətin təklif etdiyi şərtlərlə köçməkdən imtina edir. Buna baxmayaraq şirkət binanın söküntüsünə başlayıb və köçməkdən imtina edənlərin həyatı faktiki olaraq riksə atılıb.
Digər “pilot layihə”lərdə olduğu kimi bu layihədə də şirkət sakinlərlə müqavilə bağlayıb onlara evlərindən kirayə mənzillərə köçməyi təklif edir. Kirayə haqqı kimi sakinlərin yaşadıqları evlərin sahəsindən asılı olaraq 250-450 manat ödənilməsi nəzərdə tutulur. Şirkətin sakinlərlə bağladığı müqaviləyə əsasən onlara yeni binada əvvəlki mənzillərindən 20 faiz geniş yaşayış sahəsi verilməlidir.
Lakin sakinlərin bir qrupu bu şərtlər altında köçmək istəmir. Onlar deyirlər ki, cəmi 10 manat nizamnamə kapitalı olan hansısa MMC-nin möhürünə etibar edib mənzillərinin dağıdılmasına razı ola bilməzlər. Çünki bu şirkətin müqavilə öhdəliklərinə əməl edəcəyinə onlarda əminlik yoxdur. Üstəlik məlum olub ki, söküntünü aparan və sakinlərə yeni mənzillər tikib verməyi vəd edən “Fədək” MMC-nin təsisçisi Yavər Qurbanov bundan əvvəl mənzil dələduzluğuna görə həbs olunub.


Yavər Qurbanovun cinayətləri- sadalamaqla bitməyən SİYAHI


Yavər Qurbanov tikinti sahəsində ilk addımını, 1998 -ci ildə atıb. Hal- hazırda Xətai rayon İCRA Hakimiyyəti başçısı Razim Məmmədovun tikinti şirkətində prorab vəzifəsində işləyir.
Bir müddət işlədikdən sonra yol verdiyi nöqsanlara və tikintidə mənimsəmə faktları aşkarlanır. Qəzəblənmiş Razim Məmmədov onu dərhal işdən qovur.


Razim Məmmədovdan ayrıldıqdan sonra Yavər Qurbanov Abbas Abbasovla əlaqə yaradır. Sonuncu onu uzun müddət himayə edir.


2000-ci ildə tikinti sahəsində fəaliyyət göstərən imkanlı bir iş adamı "Eyfel" tikinti şirkətinin idarə olunmasını rəsmi olaraq Yavər Qurbanova tapşırır. Onun səriştəsiz rəhbərliyi , tutdugu vəzifədən sui istifadə etməsinin nəticəsi kimi şirkət mülisləşmə vəziyyətinə çatır.
(Məhz həmin ərəfədə Yavər Qurbanov Eldar Mahmudov çetesi ilə yaxınlaşır. Onun Çovdarovla, “Akula Akif”lə olan işbirliyi, cinayətləri haqda ayrıca yazı yazacağıq.)


Yavər Qurbanov 2010-cu ildə həcc ziyarətindən qayıtdıqdan sonra hüquq mühafizə orqanları tərəfindən saxlanılmış və 3 maddə üzrə adına cinayət işi açılır.
Çoxsaylı cinayətlərindən bir də avtomobili idarə etdiyi zaman piyadani vuraraq ona xəsarət yetirməsi ,bunu gizlədərək avtomobili qardaşının idarə etməsi haqqında hüquq- muhafizə orqanlarına yalan məlumatlar verməsidir. Xəsarət almış adama yardım etmək, müalicəsinin xərclərini qarşılamaq bu “hacı”nın ağlına da gəlməmişdi.
Mülkiyyət cinayətləri ilə bağlı 6 ay həbsdə qaldıqdan sonra Ağır Cinayətlərə Dair
İşlər Üzrə Məhkəmədə Eldar Mahmudovun yaxın adamı olan hakim vasitəsilə
XARİCDƏN MALİYYƏLŞƏN PILOT LAHIYYƏ-NƏSIMİ RAYONUNDA 3 MILYON AVRONU KİMLƏR ÖZ ARALARINDA BÖIDÜ?
Azərbaycan qanunvericiliyində misli gorünməmiş bir hal baş vermiş , 8 il şərti cəza almışdı.Dələduzluq yoluyla vətəndaşlara vurdigı 560 min Adş dollari helede zərərçəkmişlərə ödənilməyib.




İqtidarı hədəfə gətirənlər


Yaxşı belə bir qalmaqallı adama pilot layihəni həvalə edəndə Nəsimi icra hakimiyyəti Asif Əsgərov nə düşünürdü? Axı hakimiyyətin üst düzeyində baş tutan ciddi dəyişikliklərdən narahat olan məmurlardan biri də Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovdur. Asif Əsgərov gələcək karyerası ciddi sual altında olan məmurlardandır. Buna səbəb isə onun son illər ali hakimiyyətin xoşlamadığı bir sıra neqativ işlərdə adının hallanması və ya birbaşa iştirakıdır. Hakimiyyətin ali instansiyalarının stolunun üzərində olan Asif Əsgərovun “iş qovluğu”nda yer alan neqativ məlumatların əksəriyyəti zaman-zaman ölkə mediasında tirajlanıbdı.
Məsələnin maraqlı məqamı odur ki, bu yaxınlarda Yavər Qurbanov Almaniyada yaşayan Nazim adlı şəxsdən 3 milyon avro vəsait alaraq qeyri qanuni yollarla respublikaya gətirib.
Hal -hazırda tikintidə həmin mənşəyi məlum olmayan qara puuların yuyulma ( leqallaşma ) prosesi gedir.
Ən əsası isə, məlumatlarda bildirilir ki, həmin Nazim adlı şəxs Meydan TV və Emin Milli ilə sıx əlaqədardır.
Bir az qeribe görünir görünür, Meydan .TV, Yavər Qurbanov v, Nazim və faktiki olaraq onla bir cərgədə Nəsimi icra hakimiyyəti başçısı Asif Əsgərov.
Ancaq məntiq var- söküntü bumunun qızğın vaxtlarında “Human Rights Watch” Bakıda qanunsuz şəkildə evlərin söküntüsünün əleyhinə bəyanat yaymışdı. Təşkilat Azərbaycan hakimiyyətindən tələb etmişdi ki, evlərin söküntüsü dərhal dayandırılsın. Ardınca BBC-nin rus xidməti Bakıdakı belə söküntü ocaqlarından birindən - Şəmsi Bədəlbəyli küçəsindən geniş reportaj verdi.
Eyni zamanda Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun ofisinin də uçurulması ölkədə fəaliyyət göstərən müxalifət partiyaları və hüquq müdafiəçiləri tərəfindən narazılıqla qarşılandı. Baş verənlərə nüfuzlu beynəlxalq təşkilatlarda sərt reaksiya verdi. Beynəlxalq qurumlar yaydıqları bəyanatlarında olay mülkiyyət hüquqlarının pozulması kimi dəyərləndirildi. Kim zəmanət verə bilər ki, həmin kompaniyalar yenə başlanmayacaq? Bütün dünyada vətəndaşın mülkiyyət hüququ toxunulmaz hesab edilir. Onsuz da Azərbaycan hökumətinin Qərblə əlaqələrində müəyyən soyuqluq yaranıb. İndi bilərəkdən yeni narazılıq dalğası yaratmaq ,əhalini dövlətdən incik salmaq kimlərin işinə yarayır özünüz düşünün
Ardı var.

Cahantv.az