ATV-dən qovulan məşhur Namiq Qaraçuxurlunun görün nəyi imiş. » Memur.az

ATV-dən qovulan məşhur Namiq Qaraçuxurlunun görün nəyi imiş.

ATV-dən qovulan məşhur Namiq Qaraçuxurlunun görün nəyi imiş.


Uzun müddət meyxanaçı Namiq Qaraçuxurlu ilə prodüser kimi çalışan Ataş Hüseynov da ATV kanalından çıxarılıb.

Məlumatı unika.org-a A.Hüseynov təsdiqləyib. O deyib ki, ATV-dən könüllü olaraq öz ərizəsi ilə çıxıb. Prodüser bu addımı atmasına səbəb kimi Vüqar Qaradağlının işdən çıxmasını göstərib:

"Müdürümüzün bizlə olmaması işdən ayrılmağıma səbəb olub. Heç kim bizə işdən ayrılmağımızı deməyib. Sadəcə özümüz belə istədik".

Qeyd edək ki, bu gün rəhbərliyi dəyişən ATV kanalının 32 əməkdaşı işdən çıxarılıb.

"Qafqazinfo" teleqraf.com istinadən xəbər verir ki, onların içində ATV dizayn qrupunun rəhbəri , rejissor Rauf Ocaqverdiyev də var. Həmçinin ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri Vado Korovin, "Azad Azərbaycan" Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da işdən azad edilənlər sırasındadır.

Qeyd edək ki, bu gün kanalın rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunandan sonra, vitse-prezident, eyni zamanda Qaradağlının qaynı Rauf Dadaşov və aparıcı Turan İbrahimov da ATV-dən kənarlaşdırılıb.