“Turan yolçusu” və “Aşk yolçusu” kitablarının Kırşehirdə imza mərasimi keçirilib- VİDEO+FOTOLAR » Memur.az

“Turan yolçusu” və “Aşk yolçusu” kitablarının Kırşehirdə imza mərasimi keçirilib- VİDEO+FOTOLAR

“Turan yolçusu” və “Aşk yolçusu” kitablarının Kırşehirdə imza mərasimi keçirilib- VİDEO+FOTOLAR


Türkiyənin Kırşehir vilayətində millət vəkili,siyasi elmlər doktoru Q.Paşayevanın qardaş ölkədə yeni çapdan çıxmış 2 kitabının "Turan yolçusu” və "Aşk yolçusu” kitablarının təqdimatı və imzalanması mərasimi olub.


İmzalanma mərasimi Kırşehir Beynəlxalq Kitab Fuarında keçirilib. İmza mərasimində çoxlu sayda ziyalılar, gənclər, jurnalistlər iştirak ediblər. Bu cür gözəl tədbirlərin təşkili üçün Kırşehir bələdiyyəsinə, tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva onlara Azərbaycandan, Qarabağdan, Türk dünyasından, Kərkük, Axısxa, Krım, Bayırbucaq, Türkməndağı, Təbrizdən, Dərbənd, Borçalı, Kuzey Kıprısdan danışıb və yaxşı öyrənməyə çağırıb. Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən də danışan millət vəkili Q.Paşayeva kitabın ərsəyə gəlməsində böyük əməyi olan insanlara, kitabı Türkiyə Türkcəsinə uygunlaşdıran və redaktoru İmdat Avşara və SinerjiPro şirkətinə, başçısı Ufuk Aydına təşəkkürünü bildirib və özəlliklə çoxlu sayda gənclərin imza məırasiminə qatılmasından çox məmun olduğunu deyib. Çəmi 2 saat içində yüzlərlə kitab imzalayan millət vəkili Q. Paşayeva kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib. Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan, Türk dünyasının probemləri və çıxış yolları barədə də danışan millət vəkili Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabların gənclərimiz arasında Türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva "Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir”,- deyərək kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb. "Kitablara ilk gündən böyük diqqət göstərilməsi bizi çox duyğulandırdı", - deyən millət vəkili Q.Paşayeva Türkiyənin bəzi bölgələrində də bu kitabların təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.

İcmal.Az