Elmar Məmmədyarovun Moskvaya səfərinin vaxtı açıqlanıb » Memur.az

Elmar Məmmədyarovun Moskvaya səfərinin vaxtı açıqlanıb

Elmar Məmmədyarovun Moskvaya səfərinin vaxtı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 6-7-də Moskvaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüş keçirəcəyini söyləyib.

M. Zaxarova qeyd edib ki, görüş zamanı iki ölkə arasında münasibətlər müzakirə olunacaq.

Rusiya XİN sözçüsü E. Məmmədyarovun baş nazirin müavini Dmitri Roqozinlə, Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşlər keçirəcəyini də bildirib: "Elmar Məmmədyarovun səfəri Rusiya ilə Azərbaycan arasında diplomatik münasinətlərin qurulmasının 25 illiyi ərəfəsində baş tutacaq. Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxış da edəcək".