VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədov seçicilərlə fərdi görüşlərini davam etdirir.VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədov seçicilərlə fərdi görüşlərini davam etdirir.FHN-nin şöbə rəisinə universitetdə yüksək vəzifə verildiFHN-nin şöbə rəisinə universitetdə yüksək vəzifə verildi“Ülvi Quliyev hər zaman yanımızda olub” – Seçicilərindən Ülvi Quliyevə böyük dəstək!“Ülvi Quliyev hər zaman yanımızda olub” – Seçicilərindən Ülvi Quliyevə böyük dəstək!Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQPolisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQƏli Əsədov icbari sığortaya görə nazirləri topladıƏli Əsədov icbari sığortaya görə nazirləri topladıPutin özünə yeni köməkçilər təyin etdiPutin özünə yeni köməkçilər təyin etdiBirliyin addımlarını Tural Zeynalovun adı ilə bağlamaq sırf yalnışlıqdırBirliyin addımlarını Tural Zeynalovun adı ilə bağlamaq sırf yalnışlıqdır70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Məşhur Məmmədov Ağacbəyli kəndində şəhid məzarını ziyarət edib və yerli əhaliylə görüşlər keçirib.70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Məşhur Məmmədov Ağacbəyli kəndində şəhid məzarını ziyarət edib və yerli əhaliylə görüşlər keçirib.Müasir dövrdə qadınlar cəmiyyətdə və iş həyatında mühüm vəzifələr icra edirlərMüasir dövrdə qadınlar cəmiyyətdə və iş həyatında mühüm vəzifələr icra edirlərSilsilə görüşlərimiz davam edir.Silsilə görüşlərimiz davam edir.Müasir dövrdə qadınlar cəmiyyətdə və iş həyatında mühüm vəzifələr icra edirlər.Müasir dövrdə qadınlar cəmiyyətdə və iş həyatında mühüm vəzifələr icra edirlər.Medvedevin yeni vəzifəsi: Putinin “sağ əli” olduMedvedevin yeni vəzifəsi: Putinin “sağ əli” olduMehriban Əliyeva: 20 Yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olubMehriban Əliyeva: 20 Yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olubAqil Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümündə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edibAqil Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümündə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edibVəsilə Abulova : 20 Yanvar- xalqımızın mübarizə tarixinin şanlı səhifəsidirVəsilə Abulova : 20 Yanvar- xalqımızın mübarizə tarixinin şanlı səhifəsidir
Tarix : 22-02-2017, 01:28 | Bölmə: Sosial

Təqsirləndirilən: “Ziya Məmmədovun sabiq müşavirinin 1 milyard dollarlıq əmlakı var”

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R. Əhmədov ifadə verib.

O bildirib ki, oxşar hadisə əvvəl də baş verib: "Əvvəl də mənə qabla dolu brilyant verib. Saxlamışam, sonra gətirib özlərinə vermişəm. Ancaq Çingiz Baxşıyev iddia elədi ki, brilyantlar ona verilməyib. Aydınlaşdırandan sonra isə yadına düşdü ki, brilyantları qaytarmışam".

R. Əhmədov qeyd edib ki, qızılları mənimsəməyib və Ç. Baxşıyevə verib: "Qızılları Çingiz Baxşıyevin qızına verəndən 2 ay sonra məni çağırıb dedi ki, qızıllar oğurlanıb. Guya qablarda qızıllar yoxdur. Çingiz Baxşıyevin yoldaşı məni qızılları oğurlamaqda təqsirləndirdi. 12 ildir, Çingiz Baxşıyevin pullarını saxlayıram. Ancaq bir dəfə də olsun, problem olmayıb".

R. Əhmədov böhtana məruz qaldığını iddia edib: "Qabların üzərində barmaq izlərini yox elədilər. Qızılları mənə necə veribsə, elə də özünə qaytarmışam. Mənə indiyə kimi 40 milyon dollar dəyərində pul əmanət edib və saxlamışam. Bəs bunları niyə mənimsəməmişəm? Onun 1 milyard dollarlıq əmlakı var. Mən bunu sənədlərlə sübut edə bilərəm".

R. Əhmədov iddia edib ki, Ç. Baxşıyevin ona böhtan atmasına səbəb narkotik ticarətinə görə aralarında yaranan münaqişə olub: "Mənə dedi ki, İrandan, Qırğızıstandan ət gətirəcək. Amma sonradan mənə məlum oldu ki, Ç. Baxşıyev ət yox, narkotik gətirmək istəyib. Mən bunu biləndə etiraz etdim və bu da onun xətrinə dəydi. Sonra bizim aramızda bir neçə dəfə münaqişə yaranıb. Çingiz Baxşıyev də mənə böhtan atıb, tutdurdu".


Proses martın 1-də davam etdiriləcək.


Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib.

Məhkəmə etirazı təmin edib və hakim Rasim Sadıxov sədrlikdən kənarlaşdırılıb.

Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Oxşar xəbərlər