Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir » Memur.az

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, hazırda daha 3,4 km yolun təmirinə başlanılıb.

Artıq səhər saatlarında köhnə yolun söküntüsünə start verilib.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 16 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.