Azərbaycan prezidenti türkmənistanlı həmkarını təbrik edib Böyüt » Memur.az

Azərbaycan prezidenti türkmənistanlı həmkarını təbrik edib Böyüt

Azərbaycan prezidenti türkmənistanlı həmkarını təbrik edib  Böyüt

Azərbaycan prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov Türkmənistan prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edir, sizə ən xoş arzularımı yetirirəm. Seçkilərdə qazandığınız qələbə xalqınızın sizə olan böyük inam və etimadının, həyata keçirdiyiniz siyasi xəttə real dəstəyinin bariz ifadəsidir. İnanıram ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətlərinin daim möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.