Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib Böyüt » Memur.az

Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib Böyüt

Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib  Böyüt

Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonundan 30-a yaxın vətəndaş gəlib.

Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar gənclər, idman sahələri, işlə təminat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul, ipoteka kreditlərinin verilməsi və s. ilə bağlı müraciət ediblər.

İdman sahəsində edilən müraciətlər sırasına isə fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakına yardım göstərilməsi, idman mərkəzlərinin, Olimpiya İdman Komplekslərinin idman avadanlıqları ilə təmin edilməsi, rayonlarda Uşaq Gənclər İdman Mərkəzlərinin yaradılması, təmirə ehtiyac duyan idman mərkəzlərinin təmir edilməsi, hərbi vətənpərvərlik mövzusunda idman yarışlarının keçirilməsi və s. ilə bağlı olub.

QHT yaratmaq üçün nazirlik tərəfindən dəstək verilməsi, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi, gənclərin beynəlxalq səviyyəli tədbirlərə göndərilməsi, yerlərdə respublika səviyyəli tədbirlərin təşkili, müxtəlif düşərgələrin yaradılması, regionlarda fəaliyyət göstərən gənclər evləri arasında əməkdaşlığın qurulması və digər müraciətlər gənclər sahəsini əhatə edib.