Yavər Camalov İsrail səfirini qəbul edib Böyüt » Memur.az

Yavər Camalov İsrail səfirini qəbul edib Böyüt

Yavər Camalov İsrail səfirini qəbul edib  Böyüt

Müdafiə sənayesi naziri Yavər Camalov sentyabrın 2-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanla İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Y. Camalov MSN-in fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.