"Azərbaycan həmişəki kimi Türkiyənin yanındadır" » Memur.az

"Azərbaycan həmişəki kimi Türkiyənin yanındadır"

"Azərbaycan həmişəki kimi Türkiyənin yanındadır"Azərbaycan həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanındadır.

Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib. O, iyunun 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verib.

Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyib.

Türkiyə Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Azərbaycan prezidenti terror aktı ilə bağlı bu gün həmkarına başsağlığı da da göndərmişdi. "İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik".

Memur.az