Sektor müdiri Əbülfəs Qarayevin adından rüşvət toplayır?- ŞOK İDDİA » Memur.az

Sektor müdiri Əbülfəs Qarayevin adından rüşvət toplayır?- ŞOK İDDİA

Sektor müdiri Əbülfəs Qarayevin adından rüşvət toplayır?- ŞOK İDDİAQlobal.az İnformasiya Portalının elektron poçtuna Mədəniyyət Nazirliyinin Kitab Dövriyyəsi və Nəşriyyatlarla İş Şöbəsinin sektor müdiri Lətifə Məmmədovanın Əbülfəz Qarayevin adından rayonlarda kurasiyasında olan müəssisələrdən rüşvət yığdığı barədə məlumat daxil olub. Məlumata görə, Lətifə Məmmədova rayonları gəzərək kitabxana işçilərindən "yuxarılara çatacaq" adıyla rüşvət yığır.

Daxil olan informasiyanı dəqiqləşdirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə (+994 12 498 18 26) və eləcə də nazirliyin rəsmi saytında olan digər əlaqə nömrələrinə (493-43-98, 493-30-02) etdiyimiz mütəmadi zənglərə iş günü olmasına rəğmən cavab verən olmadı.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Kitab Dövriyyəsi və Nəşriyyatlarla İş Şöbəsində bundan da əvvəl qalmaqal baş vermişdi. Belə ki, uzun illərdən bəri adıçəkilən şöbəyə rəhbərlik edən şair Vaqif Bəhmənli nazir Əbülfəs Qarayevə yazdığı şeirdə məddahlıq etdiyi üçün vəzifəsindən çıxarıldı.

Mövzunu diqqətdə saxlayacağıq.

(Qlobal.az)

Memur.Az