AQRAR UNİVERSİTETDƏ MULTİKULTRAL DƏYƏRLƏR ADLI TƏDBİR KEÇİRİLİB » Memur.az

AQRAR UNİVERSİTETDƏ MULTİKULTRAL DƏYƏRLƏR ADLI TƏDBİR KEÇİRİLİB

AQRAR UNİVERSİTETDƏ MULTİKULTRAL DƏYƏRLƏR ADLI TƏDBİR KEÇİRİLİBAzərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və Multikulturalizm kafedrasının əməkdaşları “Ümummilli lider Heydər Əliyev və xalqımızın Multikultural dəyərləri” mövzusunda tədbir keçirib.

ADAU-nun mətbuat xidmətindən bildirilir ki, tədbiri giriş sözü ilə kafedranın müdiri dosent Azad Bayramov açıb. Deyib ki, Azərbaycanın tolerant dövlət kimi formalaşması, multikultural dəyərlərə böyük önəm verməsi və bu sahədə apardığı uğurlu siyasət dünya birliyinə bir nümunədir. Əsrlər boyu ölkəmizdə formalaşan multikultural dəyərlər, məhz müasir Azərbaycanın banisi ulu öndərimiz Heydər Əliyevin hakimiyyəti dövrində yeni inkişaf mərhələsinə qədəm qoyub və geniş vüsət alıb. Bu gün bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Kafedranın baş müəllimlərindən A.Axundov, S.Qasımova, müəllim S.Abdullayeva, tələbələrdən Aqrobiznes və idarəetmə fakültəsinin menecment ixtisası üzrə III kurs tələbəsi Günay İbrahimova, Aqrar iqtisadiyyat fakültəsinin Dünya İqtisadiyyatı ixtisası üzrə (xüsusi istedadlar qrupu) III kurs tələbəsi Ülviyyə Bayramova və başqaları çıxış edərək göstəriblər ki, məhz Ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi sayəsində bu gün Azərbaycanda yaşayan bütün millətlər və din nümayəndələri rahat şəkildə yaşayır və öz adət- ənənələrinə sadiqdirlər.
Tədbir iştirakçıları BMT-nin Sivilizasiyalar arası Alyansın VII Qlobal Bakı Forumunun əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbir diskussiya şəklində aparılıb, tələbələri maraqlandıran suallara cavab verilib.