Tarix : 14-03-2016, 12:59 | Bölmə: Sosial

Havalar soyuyacaq – XƏBƏRDARLIQTemperatur kəskin düşəcək.

Bakıda və Abşeron yarımadasında martın 15-16-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Bu barədə Memur.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Məlumata görə, martın 15-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Martın 14-ü axşamdan 18-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Martın 15-də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Temperatur tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Oxşar xəbərlər