XİN-dən Qarabağdakı qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı – HESABAT » Memur.az

XİN-dən Qarabağdakı qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı – HESABAT

XİN-dən Qarabağdakı qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı – HESABAT500-dən artıq müxtəlif məlumatlara müraciət edillib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatını açıqlayıb.

Memur.Az xəbər verir ki, hesabatı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev təqdim edib.

O bildirib ki, hesabatda əks olunmuş məlumat daha çox erməni açıq mənbələrindən toplanılaraq işğal olunmuş ərazilərdə beynəlxalq hüquqa tam məhəl qoyulmadan məskunlaşmanın həyata keçirilməsi, mülkiyyət, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti daxil olmaqla, davamlı fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər təmin edir.

“Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır”, - H.Hacıyev bildirilib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərindəki qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər haqqında hesabat yeddi hissədən ibarətdir.

Hesabatın hazırlanmasında əsasən Ermənistan və erməni diaspora dairələrinin kütləvi informasiya vasitələrinin məlumatlarından istifadə edilib. 500-dən artıq müxtəlif məlumatlara müraciət edillib.