Martda cəmi 17 iş günü olacaq » Memur.az

Martda cəmi 17 iş günü olacaq

Martda cəmi 17 iş günü olacaq

Novruz bayramı ilə əlaqədar 6 gün istirahət olacaq.

Mart ayında Azərbaycanda cəmi 17 iş günü (şənbə günləri işləməyənlər üçün - red.) olacaq.

Memur.Az xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qeyri-iş günüdür.

Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildə Novruz bayramı 20, 21, 22, 23, 24 mart tarixlərinə təsadüf edir.

Novruz bayramı günlərindən biri – 20 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək və 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, bayramlarla əlaqədar mart ayında 7 gün, şənbə və bazara təsadüfən edən günləri (5, 6, 12, 13, 19, 26 və 27 mart tarixlərini) nəzərə almaqla isə ümumilikdə gələn ay (mart ayı 31 gündən ibarətdir - red.) 14 gün iş olmayacaq.