Bahar martın 20-də gəlir » Memur.az

Bahar martın 20-də gəlir

Bahar martın 20-də gəlir

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində baş verəcək.

Memur.Az-ın məlumatına görə, bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib.

O deyib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək:

“Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir”.

Onun sözlərinə görə, Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq: “Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir”.