Havalar yenidən kəskin soyuyacaq – Rəsmi xəbərdarlıq » Memur.az

Havalar yenidən kəskin soyuyacaq – Rəsmi xəbərdarlıq

Havalar yenidən kəskin soyuyacaq – Rəsmi xəbərdarlıqEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havaların yenidən kəskin soyuyacağı barədə xəbərdarlıqla çıxış edib.

Memur.Az-ın departamentə istinadən verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 7-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti fevralın 9-dək davam edəcək.

Fevralın 7-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Qeyri-sabit hava şəraiti fevralın 9-u gündüzədək davam edəcək.