Tacikistan prezidenti qızına böyük vəzifə verdi » Memur.az

Tacikistan prezidenti qızına böyük vəzifə verdi

Tacikistan prezidenti qızına böyük vəzifə verdi
Emomali Rahmon qızı Ozoda Rahmonu Prezident Aparatının rəhbəri təyin edib.

Memur.Az Report-a istinadən bildirir ki, bu barədə məlumatı Tacikistan dövlət başçısının mətbuat xidməti yayıb.

Ozoda Rahmon bundan əvvəl Tacikistanın xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb.

Yeni vəzifədə o, Baxtiyer Xudoyerzodanı əvəz edib. B.Xudoyerzodanın namizədliyi isə Mərkəzi Komissiyanın sədri vəzifəsinə irəli sürülüb.