Dollarla bağlı həlledici qərar verildi - Bahalaşma » Memur.az

Dollarla bağlı həlledici qərar verildi - Bahalaşma

Dollarla bağlı həlledici qərar verildi - Bahalaşma

ABŞ Mərkəzi Bankı - FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısı başa çatıb. Fins.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, iclasda son 7 ildə ilk dəfə mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcəsinin artırılmasına - 0,25%-dən 0,5%-ə çatdırılmasına qərar verilib. Xatırladaq ki, FED 2008-ci ilin dekabr ayından bəri faiz dərəcələrini 0% - 0.25% aralığında saxlayır. FED-in bügünki qərarından sonra valyuta birjalarında dolların digər valyutalara nisbətdə bahalaşacağı gözlənilir.