Cərrah Rəşad Mahmudovun rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının briqadası Naxçıvanda 12 xəstə üzərində açıq ürək əməliyyatı aparacaq » Memur.az

Cərrah Rəşad Mahmudovun rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının briqadası Naxçıvanda 12 xəstə üzərində açıq ürək əməliyyatı aparacaq

Cərrah Rəşad Mahmudovun rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının briqadası Naxçıvanda 12 xəstə üzərində açıq ürək əməliyyatı aparacaq

Millət vəkili, tanınmış ürək cərrahı Rəşad Mahmudovun verdiyi məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş səhiyyə aksiyası keçirilir.

Memur.Az xəbər verir ki, Prezident İlham Əliyevin yenicə açılışını etdiyi Naxçıvan Respublika Xəstəxanasında “Azərbaycan Səhiyyəsində yeniliklər” adlı elmi-praktiki konfrans keçirilir. Konfransda dünyada tibb sahəsindəki ən son yeniliklər, Azərbaycan səhiyyəsinin son illərdəki nailiyyətləri və Naxçıvanda səhiyyənin bu günü və gələcəyi mövzuları müzakirələrin əsas istiqamətidir.

Millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında keçirilən aksiyada Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası tərəfindən 100-ə yaxın xəstə müayinəsi, eləcə də 12 xəstə üzərində açıq ürək əməliyyatı tətbiq olunacaq.

Rəşad Mahmudovun sözlərinə görə: “Azərbaycan dövlətçiliyində və həmçinin səhiyyəsində son illərdə əldə edilən uğurlar məhz ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu yolun gözəl təzahürüdür. Məncə ölkəmizin parlaq gələcəyini düşünən hər bir vətəndaş ulu öndərin ideyaları və arzularına gedən bu yolda əlindən gələni əsirgəməməlidir”.

Aksiya 10-14 dekabr tarixlərini əhatə edir.