Bakıda 5 günlük satış yarmarkaları keçiriləcək » Memur.az

Bakıda 5 günlük satış yarmarkaları keçiriləcək

Bakıda 5 günlük satış yarmarkaları keçiriləcək

Nazirlik məlumat yaydı.

Dekabr ayının 26-dan 31-dək, yəni 5 gün müddətində Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək.

Bu barədə Memur.Az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

“Satış yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə keçiriləcək. Yarmarkalar Bakı şəhəri ilə yanaşı Sumqayıtda da təşkil ediləcək”, - deyə M.Hacıyev əlavə edib.

Qeyd edək ki, yarmarkaların keçirilməsində əsas məqsəd süni qiymət artımının qarşısını almaq və alıcıları daha ucuz qiymətlərlə satılan məhsullarla təmin etməkdir.