Zakir Qaralov: “Birinci yarımildə cinayətlərin 84,8 faizin açılması təmin edilib” » Memur.az

Zakir Qaralov: “Birinci yarımildə cinayətlərin 84,8 faizin açılması təmin edilib”

Zakir Qaralov: “Birinci yarımildə cinayətlərin 84,8 faizin açılması təmin edilib”

2014-cü ilin birinci yarımilində ölkə üzrə qeydiyyata alınmış cinayətlərin 80,1 faizinin açılması təmin olunub, lakin cari ilin müvafiq dövründə bu rəqəm 84,8 olub.

Memur.Az xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O, qeyd edib ki, cinayətlərin növləri üzrə götürdükdə xüsusilə ağır cinayətlər üzrə açılma faizi bu ilin birinci yarımilində ötən ilin eyni dövrünə nisbətdə 93,1-dən 96,8-ə, ağır cinayətlər üzrə 79,8-dən 80,9-a, az ağır cinayətlər üzrə 80,9-dan 85-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 78,6-dan 85,5-ə yüksəlib.

“Prokurorluqda istintaqı aparılan cinayət işləri üzrə bu göstəricilər daha yüksək olub. Belə ki, prokurorluq orqanlarında istintaqı aparılan işlər üzrə açılma faizi ötən ilin birinci yarımillində 86,9 faiz olduğu halda bu ilin müvafiq dövründə 93,1 faiz təşkil edib”.

Xüsusilə ağır cinayətlər üzrə bu rəqəmin 94,9-dan 97,5-ə, ağır cinayətlər üzrə 83,3-dən 85,8-ə, az ağır cinayətlər üzrə 90,5-dən 92,8-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 79,9-dan 96,8-ə yüksəldiyini deyən Zakir Qaralov deyib ki, qəsdən adam öldürmə cinayətlərinin açılma faizi ötən ilin birinci yarımilində 86 olduğu halda bu il 92,8 olub, rüşvət cinayətləri üzrə isə bu rəqəm 83,3-dən 100-ə yüksəlib.