İranlı nazir müavini: Təhsil sistemində 120 tədris problemi aşkarlanıb
Sosial
24-02-2025, 11:46
17

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın təhsil və mədəniyyət nazirinin müavini Məhəmməd Hüseyn Purşani bildirib.
Məlumata görə, nazir müavini təhsildəki problemlərin müəyyən edilməsinin vacibliyini vurğulayıb: “Təhsildəki problemlərin müəyyənləşdirilməsi üçün araşdırma apardıq. Təhsildə 120 problem müəyyən etdik”.
O, problemlərin həlli ilə bağlı mütəxəssislərin təklifini eşitmək və onlardan faydalanmaq istədiklərini bildirib.