Maliyyə Nazirliyi ötən il 45 vəzifəli şəxsi cərimələyib
Sosial
19-02-2025, 15:48
40

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Xatırladaq ki, 2023-cü ildə inzibati xətalar törətdiklərinə görə 59 nəfər vəzifəli şəxsə 57,3 min manat cərimə tətbiq edilib.
"Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində cərimələr tətbiq edilib", - deyə məlumatda qeyd olunub.