ABŞ-nin xüsusi nümayəndəsi fevralın 20-də Kiyevə səfər edə bilər
Sosial
6-02-2025, 08:39
16

“Report” xəbər verir ki, bu barədə "Rada" telekanalı mənbələrinə istinadən məlumat yayıb.
"ABŞ-nin xüsusi nümayəndəsi Kelloq ilə görüş qrafik dəyişməsə, fevralın 20-də Kiyevdə baş tutacaq", - məlumatda qeyd olunur.
Bundan əvvəl bildirilib ki, Kelloq 14-16 fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması planını təqdim edəcək.