Kobaxidze: ABŞ-nin dondurulmuş xarici yardımı digər ölkələrdə inqilablar üçün istifadə edilib
Sosial
30-01-2025, 09:14
55

“Report” xəbər verir ki, bunu Gürcüstanın “İmedi” telekanalında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Amerika Birləşmiş Ştatlarının indiki administrasiyası birbaşa təsdiqlədi ki, ölkənin vergi ödəyicilərinin pulları başqa ölkələrdə, o cümlədən Gürcüstanda inqilablara, iğtişaşlara və dəhşətli ssenarilərin hazırlanmasına xərclənib”- deyə, o qeyd edib.
Gürcüstan hökumətinin başçısı qeyd edib ki, rəsmi Tbilisi Tramp administrasiyasının hadisələri düzgün dəyərləndirməsindən şaddır və xarici yardımın ayrılmasının 90 gün deyil, daha uzun müddətə dondurulacağına ümid edir.