"Report" xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov "ASAN xidmət" Mərkəzində Fondun dördillik fəaliyyətinə dair mətbuat konfransında jurnalistlərin sualına cavabında deyib.
O bildirib ki, vətəndaşın müraciət etdiyi tibbi xidmət əgər icbari tibbi xidmət zərfində varsa, Fond həmin müraciəti ləğv etmək məcburiyyətində qalır:
"Bildiyiniz kimi, icbari tibbi xidmət zərfində 3 100-dən artıq xidmət yer alıb. Vətəndaşın müraciət etdiyi tibbi xidmət dövlət tərəfindən qarşılana bilirsə, biz bunu onlara izah edərək geri çeviririk".

