İranın Milli Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edəcək
Sosial
10-09-2024, 11:08
96

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, Ə.Əhmədian çərşənbə axşamı rusiyalı həmkarının dəvəti ilə Sankt-Peterburqa yola düşüb. İran Təhlükəsizlik Şurasının rəhbəri Rusiyada olduğu müddətdə digər ölkələrin güc strukturlarının nümayəndələri ilə də görüşəcək. Rusiya tərəfi ilə görüşdə Yaxın Şərq regionundakı vəziyyətə və iqtisadi, siyasi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığa xüsusi diqqət yetiriləcək.