Azərbaycana turist axını 30 % artıb
Sosial
4-09-2024, 11:17
76

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.
Təkcə avqust ayında ölkəyə 245 337 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 23 % çoxdur.
Ötən ay Azərbaycana ən çox turist 63 339 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (34 174 nəfər), üçüncü yerdə isə Hindistan (21 137 nəfər) qərarlaşıb.
Bu dövrdə İrandan 17,6 min, Səudiyyə Ərəbistandan 13,5 min, Gürcüstandan 9,9 min, Pakistandan 9,3 min, Qazaxıstandan 9,3 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Küveytdən 5,1 min, Çindən 4,9 min, Omandan 4,6 min, Özbəkistandan 4,2 min, İsraildən 4 min, Ukraynadan 3,4 min turist gəlib.