QDİƏT PA-nın sədr müavini: Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətləndiririk » Memur.az

QDİƏT PA-nın sədr müavini: Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətləndiririk

QDİƏT PA-nın sədr müavini: Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətləndiririkAzərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərini yüksək qiymətləndiririk.

"Report" xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sədr müavini Peter Kanev deyib.

Onun sözlərinə görə, bundan əvvəl keçirilən prezident seçkilərində də təşkilatın iştirakı yüksək səviyyədə idi: "Biz bu seçkilərə də müşahidəçi kimi qatıldıq. Azərbaycanda seçicilərin belə fəallığına həsəd aparıram".