Pakistan Modini səkkiz ildən sonra ilk dəfə İslamabada dəvət edib
Sosial
26-08-2024, 08:49
50
Pakistan Hindistanın Baş naziri Narendra Modini 15-16 oktyabr 2024-cü il tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçılarının Görüşündə iştirak etmək üçün İslamabada səfərə rəsmi dəvət edib.
“Report” xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Pakistan son səkkiz ildə ilk dəfə Hindistan liderini ölkəyə rəsmi səfərə dəvət edib.
Sonuncu dəfə, 2016-cı ildə Modi Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARC) sammitində iştirak etmək üçün Pakistana dəvət olunub, lakin Hindistan daha sonra sözügedən tədbiri boykot etmişdi.
Qəzetin yazdığına görə, İslamabad və Yeni Dehli arasında münasibətlərin hazırkı vəziyyətini nəzərə alaraq, Hindistanın baş naziri ŞƏT-in qarşıdakı iclasında şəxsən deyil, virtual formatda iştirak edəcəyi ehtimal edilir.