Belarusun Fransadakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini dayandıracaq
Sosial
22-05-2024, 09:26
32
![Belarusun Fransadakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini dayandıracaq Belarusun Fransadakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini dayandıracaq](/uploads/posts/2024-05/thumbs/1716355653_1.jpg)
“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında deyilib.
“2024-cü il mayın 27-dən iyunun 7-dək Belarusun Fransadakı səfirliyi tərəfindən konsulluq xidmətlərinin göstərilməsi məhdudlaşdırılacaq. Bu müddət ərzində vətəndaşların şəxsi qəbulu olmayacaq. Poçtla göndərilən müraciətlərə baxılması da dayandırılıb”, – məlumatda diqqətə çatdırılıb.
Təcili məsələlərlə bağlı diplomatik nümayəndəlik Belarusun Belçikadakı səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edir.