Seyid Abbas Musəvi: “Novruz bayramına qədər Azərbaycan və İran prezidentlərinin görüşü gözlənilir” » Memur.az

Seyid Abbas Musəvi: “Novruz bayramına qədər Azərbaycan və İran prezidentlərinin görüşü gözlənilir”

Seyid Abbas Musəvi: “Novruz bayramına qədər Azərbaycan və İran prezidentlərinin görüşü gözlənilir”“Novruz bayramına qədər Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəklər”.

Bunu Baku TV-yə açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

“Ümid edirəm ki, hazırlıq işləri üçün iki ölkənin energetika nazirləri tezliklə görüşəcəklər. Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq”, - deyə diplomat əlavə edib.

Səfir həmçinin qeyd edib ki, Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlər davam edir.