Prezident İlham Əliyev Cəlilabadda açılışlarda iştirak edib » Memur.az

Prezident İlham Əliyev Cəlilabadda açılışlarda iştirak edib

Prezident İlham Əliyev Cəlilabadda açılışlarda iştirak edib

Dövlət başçısı Göytəpə şəhərində Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonunun Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib.

APA-nın məlumatına görə, park-bulvarın ərazisində ümummilli lider Heydər Əliyevin bürüncdən abidəsi ucaldılıb.

Ərazinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə burada qəza vəziyyətində olan beşmənzilli kommunal yaşayış binası, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsinin inzibati binası və Göytəpə bələdiyyəsinin yerləşdiyi bina sökülərək başqa ərazidə əvəzi ödənilməklə yeni layihə əsasında tikilir. Bərbad vəziyyətdə olan Göytəpə şəhər xəstəxanası də başqa əraziyə köçürülür.

Dövlət başçısı Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.