Qazaxıstan nəhəng dəmir yolu xəttinin inşasına başladı » Memur.az

Qazaxıstan nəhəng dəmir yolu xəttinin inşasına başladı

Qazaxıstan nəhəng dəmir yolu xəttinin inşasına başladıQazaxıstan Çin istiqamətində yeni dəmir yolunun tikintisinə başlayıb.

Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeni dəmir yolu xətti yük dövriyyəsini 20 milyon ton artıracaq.

Bəxtı-Ayagöz yeni dəmir yolu xəttinin uzunluğu 272 kilometr təşkil edəcək.
Qazaxıstan hökuməti iddia edir ki, yeni dəmir yolu xətti Qazaxıstan və Çin arasında yük dövriyyəsini 28 milyon tondan təxminən 48 milyon tona çatdıracaq, cənub keçid məntəqələrində sıxlığı aradan qaldıracaq və əlavə tranzit həcmlərini cəlb edəcək.

Layihənin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Mənbə: TASS