Ermənistan XİN başçısı İrana səfər edəcəkErmənistan xarici işlər naziri Ararat Mirzoyan Tehrana səfər edəcək.

Bu barədə Ermənistan XİN sözçüsü Ani Badalyan “Twitter”də bildirib.

Qeyd olunub ki, A.Mirzoyan iyulun 24-də İrana səfər edəcək.
Səfər çərçivəsində Ermənistan və İran XİN başçılarının görüşü, mətbuata birgə bəyanat nəzərdə tutulur.