İrlandiyanın baş naziri Ukraynada rəsmi səfərdədir » Memur.az

İrlandiyanın baş naziri Ukraynada rəsmi səfərdədir

İrlandiyanın baş naziri Ukraynada rəsmi səfərdədirİrlandiyanın baş naziri Leo Varadkar Ukraynada Prezident Volodomir Zelenski ilə görüşüb.

“İrlandiya hökumətinin başçısı Leo Varadkarı Ukraynada salamlayıram. Bu gün biz təhlükəsizlik, siyasi əməkdaşlıq, Ukrayna üçün ədalət və iqtisadi əməkdaşlığımız barədə mühüm danışıqlar aparacağıq. İrlandiya neytral ölkə olsa da, bu neytrallıq biganəlik demək deyil. Bu, çox vacibdir. Bütün dəstəyə görə təşəkkür edirik!” - deyə Ukraynanın dövlət başçısı bildirib.
Mənbə: UNİAN