Fergus Auld Londonda Ceyhun Bayramovla görüşüb » Memur.az

Fergus Auld Londonda Ceyhun Bayramovla görüşüb

Fergus Auld Londonda Ceyhun Bayramovla görüşüb “Xarici işlər naziri Ceyhun Bayramovu mühüm səfər çərçivəsində Londonda görməkdən məmnunam”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld “Twitter” hesabında bildirib.

“Strateji dialoqumuz Böyük Britaniya-Azərbaycan münasibətlərini dərinləşdirir və diqqətimizi gələcək əməkdaşlığa yönəldir. Biz ölkələrimiz üçün əsas təhdidlər və onlarla mübarizə yolları barədə danışdıq”, - deyə diplomat qeyd edib.