Bu barədə Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən idarənin tərkibində yeni şöbə Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb. Bununla da, qeyd olunan idarədə olan şöbələrin sayı 3-ə çatdırılıb.
Yeni yaradılan şöbəyə rəis İsmayıl Ağayev təyin olunub.
Qeyd edək ki bu təyinata qədər İsmayıl Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində çalışıb.
